Millimizi gözləyən eniş

Millimizi gözləyən eniş
20-04-2018 / 11:37 FUTBOL
1850

Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 211 komandanın yer aldığı cədvəldə cüzi dəyişikliklər olacaq.

 

Bu da 5 həftəlik hesabat dövründə az sayda yığma səviyyəli matçın keçirilməsi ilə bağlıdı. Azsaylı dəyişikliklər Azərbaycan yığmasına təsir edəcək.

 

Düzdü, bu müddətdə heç bir oyunu olmayan Qurban Qurbanovun baş məşqçisi olduğu millimizin xal hesabı dəyişməyəcək. Aprel reytinqində 245 xalla 126-cı yerə şərik olan yığmamız mayın 17-də açıqlanacaq cədvəldə 127-ci yerdə qərarlaşacaq.

 

Buna millimizlə 126-128-ci yerləri bölüşən iki komandadan birinin xal hesabını artırması səbəb olacaq. Belə ki, Sent-Kitts və Nevis aktivini 247-yə çatdırıb 126-cı sıranı özəlləşdirəcək. 1 pilləlik eniş yaşayacaq Azərbaycan isə Sudanla şərikli 127-ci yerdə qərarlaşacaq.

 

Millimiz və qonşuları

122 (122). Tailand - 253

123 (123). Ruanda – 252

124 (124). Antiqua və Barbuda – 251

124 (125). Yəmən - 251

126 (126). Sent-Kitts və Nevis – 247

127 (126). Azərbaycan – 245

127 (126). Sudan - 245

129 (129). Türkmənistan - 242

129 (129). Toqo – 242

131 (131). Svazilend - 240

 

Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər olmayacaq. “Onluğ”un tərkibi dəyişməyəcək. Amma bəzi komandaların xal aktivində dəyişikliklər olacağı gözlənilir. Bu da Almaniya və Polşanın xal artımından ibarət olacaq.

 

İlk “onluq”

1 (1). Almaniya - 1544

2 (2). Braziliya - 1384

3 (3). Belçika - 1346

4 (4). Portuqaliya - 1306

5 (5). Argentina - 1254

6 (6). İsveçrə - 1179

7 (7). Fransa – 1166

8 (8). İspaniya – 1162

9 (9). Çili – 1146

10 (10). Polşa - 1128

 

Siyahıda yer alan millimizin rəqiblərindən yalnız Qazaxıstan 4 xallıq qazancla 2 pillə irəliləyəcək. Digər rəqiblərin mövqeyi dəyişməyəcək. Yoxlama oyununda üz-üzə gələcəyimiz Qırğızıstan və Latviya, Millətlər Liqasındakı rəqiblərimiz Kosovo, Farer adaları və Maltanın xal hesabı da dəyişməz qalacaq.

 

Millimizin rəqibləri

75 (75). Qırğızıstan - 424

94 (94). Farer adaları – 364

117 (119). Qazaxıstan - 273

139 (139). Latviya - 217

152 (152). Kosovo - 164

185 (185). Malta - 62

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 714 xalla 37-ci yerdə qalacaq.