Ardıcıl 6 qələbə - rekord təkrarlandı

Ardıcıl 6 qələbə - rekord təkrarlandı
20-04-2018 / 12:18 FUTBOL
469

La Liqanın XXXIII turu çərçivəsində “Las Palmas”la qarşılaşan “Betis” matçdan 1:0 hesabı ilə qalib ayrılıb. Apasport.az saytının məlumatına görə, bu, Əndəlüs təmsilçisinin Primerodakı ardıcıl 6-cı qələbəsidi.

 

Bununla da, “Betis” 1959-60 və 1994-95 mövsümlərindəki klub rekordunu təkrarlayıb. Həmçinin Kike Setyenin yetirmələri son 5 görüşdə qapılarında qol görməyiblər.

 

Qeyd edək ki, 33 matçdan sonra aktivində 55 xalı olan “Betis” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.