“Məşqçi skamyasında ölmək niyyətində deyiləm”

“Məşqçi skamyasında ölmək niyyətində deyiləm”
20-04-2018 / 14:08 FUTBOL
288

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qocalığında məşqçiliklə məşğul olmayacağını bildirib. Apasport.az saytının məlumatına görə, “Sport1”ə açıqlama verən alman mütəxəssis 72 yaşında “Bavariya”nın başına keçən həmyerlisi Yupp Haynkesin yolundan getmək istəmədiyini deyib:

 

“Yupp Haynkesin yaşında məşqçiliklə məşğul olmayacam. Onun etdiklərinə heyranam, ancaq eyni yoldan getməyəcəm. Bu barədə qərarım qətidi. Çox gərgin rejimdə işləyirik. Məşqçi skamyasında ölmək niyyətində deyiləm”.

 

Həmçinin, Klopp “Liverpul”la müqaviləsi bitdikdən sonra bir il istirahət edəcəyini vurğulayıb: “Mütləq bir il ara verəcəm. Bu barədə ailəmlə anlaşmam var”.

 

Qeyd edək ki, Yurgen Kloppun “Liverpul”la olan sazişi 2022-ci ildə bitir.