Premyer Liqada müdafiəçiləri qabaqlayan hücumçu

Premyer Liqada müdafiəçiləri qabaqlayan hücumçu
20-04-2018 / 14:37 FUTBOL
230

“Liverpul”un hücumçusu Roberto Firmino İngiltərə Premyer Liqasında uğurlu müdaxilələrin sayına görə 20-ci pillədə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu 62 dəfə topu rəqiblərindən alıb.

 

Firmino hücumçular sırasında təkcə “Suonsi”nin forvardı Cordan Ayyudan geri qalır.

 

Firmino sözügedən göstərici üzrə Şkodran Mustafi, Naço Monreal, Loran Koselni (hamısı “Arsenal”), Erik Dayer, Davinson Sançes (hər ikisi “Tottenhem”), Nikolas Otamendi, Kayl Uoker (hər ikisi “Mançester Siti”), Antonio Valensiya, Kris Smollinq (hər ikisi “Mançester Yunayted”) və Temue Bakayoko (“Çelsi”) kimi futbolçuları qabaqlayır.

 

Sıralamanın zirvəsində “Lester”dən Vilfred Ndidi (135 uğurlu müdaxilə) qərarlaşıb. İdrissa Qeye (106) ikinci, Nqolo Kante (102) isə üçüncüdü.