Azərbaycan kubokunda 14 komanda

Azərbaycan kubokunda 14 komanda
20-04-2018 / 14:07 FUTBOL
484

Aprelin 21-də futzal üzrə Azərbaycan kubokunun 2017/18-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

 

Qalib adı uğrunda 6-sı Yüksək Liqa təmsilçisi olmaqla ümumilikdə 14 komanda yarışacaq. Hazırda Yüksək Liqada ilk iki pillədə qərarlaşan “Araz” və “Marafon Futsal” komandaları 1/8 final mərhələsinə qatılmayacaq.

 

Digər 12 komanda arasında “kor püşk” atılacaq. 1/8 finalda isə EKOL, “Neftçi” İK, “İtaldizain Futsal”, “Yasamal” FK, “Hell Energy”, “Green-Log”, ADBTİA, “Standard”, “Yasamal-2”, “Gilan”, VİP FK, “Avanqard” mübarizə aparacaq.