Olimpiada-2032-yə ikinci iddiaçı

Olimpiada-2032-yə ikinci iddiaçı
20-04-2018 / 15:27 FUTBOL
261

2032-ci ildə keçiriləcək Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hindistan dördilliyin ən möhtəşəm idman yarışını qəbul etməyə iddialıdı.

 

Bunu ölkənin olimpiya assosiasiyasının rəhbəri Narinder Batra açıqlayıb. O bildirib ki, yarışı qəbul etməyə namizəd şəhər dəqiqləşməsə də, Hindistan bir sıra turnirlər üçün müraciət edəcək: “2026-cı ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu ilin Asiya Oyunları və 2032-ci ilin Olimpiadası üçün sifariş verəcəyik. Bu turnirlərin bizə verilib-verilməməsini bilmirik. Lakin böyük yarışlara bağlı olmaq istəyirik”.

 

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhədinin də 2032-ci il Olimpiadasına namizədlik verəcəyi gözlənilir.