Konte yalnız ondan geri qalır

Konte yalnız ondan geri qalır
20-04-2018 / 15:48 FUTBOL
218

“Bernli” ilə oynanılan matçda Antonio Konte “Çelsi”ni 100-cü dəfə baş məşqçi kimi meydana çıxarıb. Apasport.az saytının məlumatına görə, bu 100 oyunun 65-də “zadəganlar” qələbə qazanıb.

 

Bu mənada, italyan mütəxəssis yalnız Joze Mourinyodan geri qalır. Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında “Çelsi” keçirdiyi 100 görüşün 72-də qalib gəlməyi bacarmışdı.

 

Qeyd edək ki, keçən mövsüm “Çelsi” Antonio Kontenin liderliyində Premyer Liqa çempionu olmuşdu.