“Barselona” fransız futbolçu alır

“Barselona” fransız futbolçu alır
20-04-2018 / 16:02 FUTBOL
409

“Barselona” rəsmiləri və “Sevilya”nın müdafiəçisi Kleman Lanqlenin agentləri arasında danışıqlar olub. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, danışıqların nəticəsi uğurlu hesab oluna bilər.

 

Klub rəhbərliyi transferin baş tutacağından əmindi. Daha öncə oyun praktikası cəhətdən əziyyət çəkəcəyini düşünərək təklifə o qədər də “isti” yanaşmayan Lanqle son danışıqların ardından komandada oynamaq şansı əldə edəcəyindən əmin olub.

 

Fransız futbolçu baş məşqçi Ernesto Valverdenin transferini xüsusi istədiyi futbolçulardandı. Samuel Umtitinin ayrılmaq istəməsi, Xerar Pikenin 31, Tomas Vermalenin isə 33 yaşında olması “Barselona”nın Lanqleyə yönəlməsini zəruri edir.

 

Qeyd edək ki, Kleman Lanqlenin sərbəst qalma dəyəri 35 milyon avrodu.