İbrahimoviçin arzusu ürəyində qaldı

İbrahimoviçin arzusu ürəyində qaldı
20-04-2018 / 16:44 FUTBOL
425

Zlatan İbrahimoviç son açıqlamasında İsveç millisi ilə dünya çempionatına yollanacağını istisna etməmişdi. Apasport.az saytının məlumatına görə, yığma komandanın baş məşqçisi Yanne Andersson bu məsələyə toxunub.

 

O, veteran forvarda bu barədə danışdığını söyləyib: “Fransada keçirilən Avropa çempionatından sonra Zlatan və daha bir neçə futbolçu millidə oynamaq istəmədiklərini dedilər, mən də onların qərarlarına hörmətlə yanaşdım. Mətbuatda yazılanlara və Zlatanın dediklərinə ciddi yanaşa bilmirəm. Ancaq öz aramızda danışılanlara əsaslana bilərəm. Onunla aramızda dialoq oldu və açıq şəkildə nə istədiyini izah etdi. Mən də öz növbəmdə onunla razılaşdım” – deyə, Andersson bildirib.

 

Məşqçinin sözlərinə görə, komandanın mundial planlarında İbrahimoviçə yer yoxdu: “İbrahimoviç dünya çempionatı ilə əlaqədar mənimlə danışmayıb və o, millinin turnirdəki planlarına daxil deyil. Eynisi millidə oynamaqdan imtina edən digər futbolçulara da aiddi”.

 

Qeyd edək ki, İsveç dünya çempionatında Almaniya, Meksika və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.