“Milan” hücumunu gücləndirir

“Milan” hücumunu gücləndirir
20-04-2018 / 18:21 FUTBOL
223

“Milan” yay “transfer pəncərəsi”ndə hücum xəttində dəyişikliyə getmək niyyətindədi. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, “rossonerilər” ötən yay “Fiorentina”dan 25 milyon avroya transfer etdikləri Nikola Kaliniçlə yollarını ayırmaq istəyirlər.

 

“Milan”ın Kaliniçin yerinə əsas namizədi “Yuventus” forması geyən Mario Mandjukiçdi. Massimiliano Alleqrinin rəhbərliyi altında əsas mövqeyində yox, sol cinahda oynaması səbəbindən, Xorvatiya millisinin üzvünün yenidən hücumun irəli ucunda çıxış edə biləcəyi bir kluba keçmək istədiyi bildirilir.