Vengerlə ən yaxşı vidaya layiqdi – Qari Nevill

Vengerlə ən yaxşı vidaya layiqdi – Qari Nevill
20-04-2018 / 18:48 FUTBOL
230

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Arsenal”ın baş məşqçisi Arsen Vengerin klubdan ayrılmasına münasibət bildirib.

 

Apasport.az saytının məlumatına görə, ingilis futbolçu tvitter hesabında bu barədə paylaşım edib:

 

“İngiltərədə qarşılaşdığım ən yaxşı komandalar məhz Arsen Vengerin komandaları idi. 98-ci ilin komandası möhtəşəm idi. Ona qarşı oynayanda bizi tərzimizi dəyişməyə məcbur edərdi – bu, onun ünvanına ən yaxşı komplimentdi. Qarşıdakı həftələrdə Vengerlə ən yaxşı şəkildə vidalaşmalıyıq. O, buna layiqdi”.

 

Xatırladaq ki, “Arsenal” klub saytı vasitəsilə Arsen Vengerin mövsüm sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.