Kapitan tək çalışdı, komanda ikitərəfli oynadı

Kapitan tək çalışdı, komanda ikitərəfli oynadı
20-04-2018 / 20:15 FUTBOL
335

“Keşlə” ilə oyundan sonra bir günlük istirahət edən “Sumqayıt” məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun komandası doğma arenada məşqə çıxıb.

 

Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. Bir saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.


Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 22 aprel, saat 19:00-da start götürəcək.