Şəmkirdə yenə "sülh" turu - YENİLƏNİB

Şəmkirdə yenə
21-04-2018 / 20:30 STOLÜSTÜ OYUNLAR
4976

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün III turun görüşləri keçirilib.

 

İlk iki turdakı kimi yenə bütün qarşılaşmalar heç-heçə nəticələnib.

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunda ağ fiqurlarla oynayıb. “Şah”ın rəqibi rusiyalı Sergey Karyakin olub. Qarşılaşma heç-heçə başa çatıb.

 

Teymur Rəcəbov isə Aniş Qiriyə qarşı “qaralar”la mübarizə aparıb. O da yarım xalla kifayətlənib. Təmsilçilərimizdən ən çətin oyun Rauf Məmmədovu gözləsə də, şahmatçımız dünya çempionu Maqnus Karlsenlə sülh bağlayıb.

 

“Shamkir Chess 2018”

III tur

21 aprel

 

David Navara (Çexiya, 2745) – Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) – Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Dinq Liren (Çin, 2778) – Veselin Topalov (Bolqarıstan, 2749) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1,5 xal.

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.