Arsen Vengerə ilk təklif

Arsen Vengerə ilk təklif
21-04-2018 / 12:45 FUTBOL
354

“Arsenal”ın baş məşqçisi Arsen Venger karyerasını bitirmək niyyətində deyil. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yayda “topçular”la vidalaşacaq fransalı mütəxəssis yeni təkliflər gözləyəcəyini bildirib.

 

O, baş məşqçi deyil, klub idarəçiliyi vəzifəsində çalışmağın da əleyhinə deyil. 68 yaşlı çalışdırıcıya artıq ilk təklif də gəlib. Belə ki, PSJ rəhbərliyi onu baş menecer vəzifəsinə təyin etmək niyyətindədi. Vengerin bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

 

Bu arada, “Arsenal”ın əfsanəvi futbolçusu Toni Adams keçmiş məşqçinin istefasına münasibət bildirib. Bir vaxtlar ölkəmizdə “Qəbələ”yə rəhbərlik etmiş ingiltərəli mütəxəssis Vengerin ünvanına tərif yağdırıb: “Mən onu çox sevirəm. Venger “Arsenal” tarixinin ən güclü məşqçisidi”.