Dünya çempionluğu üçün 400 min avroluq mükafat

Dünya çempionluğu üçün 400 min avroluq mükafat
21-04-2018 / 12:17 FUTBOL
100

Fransa millisinə veriləcək mükafatın məbləği açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda dünya çempionu olacağı təqdirdə, federasiya futbolçulara mükafat verəcək.

 

Belə ki, “xoruzlar” Rusiyada keçiriləcək mundialda qızıl medalları qazansa, hər bir futbolçu 400 min avro gəlir əldə edəcək.

 

2016-cı ildə baş tutan Avropa çempionatında isə 300 min avro vəd edilmişdi. Lakin komanda finalda Portuqaliyaya məğlub olmuşdu.

 

Qeyd edək ki, iyunun 14-də start götürəcək dünya çempionatı iyulun 15-dək davam edəcək.