Ronaldonun maaşı artırılır

Ronaldonun maaşı artırılır
21-04-2018 / 13:38 FUTBOL
198

Kriştianu Ronaldo “Real”la yeni müqavilə imzalayacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatəna görə, “kral klubu” portuqaliyalının anlaşmasının şərtlərini yaxşılaşdırmağa hazırlaşır.

 

Madridlilər bu sazişin dünya çempionatından əvvəl gerçəkləşməsinin tərəfdarıdılar. 33 yaşlı superulduzun müqavilə müddəti deyil, məvacibi artırılacaq. Hazırda illik maaşı 21 milyon avro olan forvardın yeni müqavilədən sonrakı qazancı 30 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Kriştianu Ronaldonun “Real”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.