Millimizin oyunçusu Fransa çempionatının ən yaxşıları arasında

Millimizin oyunçusu Fransa çempionatının ən yaxşıları arasında
21-04-2018 / 14:00 TOP OYUNLARI
113

Qadın voleybolçular arasında keçirilən Fransa çempionatının 2017-18 mövsümünün simvolik komandası açıqlanıb. Apasport.az-ın liqanın saytına istinadən məlumatına görə, rəmzi komandaya azərbaycanlı voleybolçu da düşüb.

 

Belə ki, “Le Kan” klubunun şərəfini qoruyan Azərbaycan yığmasının üzvü Olena Həsənova mövsümün əsas blokçusu seçilib. Bu mövsüm klubunun əsas “silahı” sayılan Həsənovanın atletik olması, hücumda və blokda təsirli çıxış etməsi xüsusi vurğulanıb.

 

Qeyd edək ki, “Le Kan” Fransa çempionatında mübarizəni 1/4 finalda dayandırıb.