“Qəbələ” ilə “Neftçi” 45-ci dəfə…

“Qəbələ” ilə “Neftçi” 45-ci dəfə…
21-04-2018 / 14:29 FUTBOL
198

Bu gün Topaz Premyer Liqasında XXIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, sabah meydana çıxacaq “Qəbələ” səfərdə “Neftçi” ilə görüşəcək.

 

Bakıda keçiriləcək matç komandalar arasında son 11 gündə 3-cü oyun olacaq. Azərbaycan kubokunun yarımfinalında üz-üzə gələn rəqiblər aprelin 12-də Qəbələ şəhər stadionunda, 18-də 8-ci km qəsəbə stadionunda qarşılaşıb. Evdə 1:2 hesabı ilə uduzub, səfərdə 3:1 hesablı qələbə qazanmaqla finala yüksələn “qırmızı-qaralar” 4 gün sonra yenidən özü üçün uğurlu olan stadiona çıxacaq.

 

Mövsümdə 6-cı dəfə görüşəcək tərəflər tarixdə 45-ci dueldə üz-üzə gələcək. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan rəqiblər indiyədək 44 dəfə münasibətlərini ayırd edib. Əvvəlki oyunlarda 16 qələbəsi olan “Qəbələ” səfər matçına tarazlığı bərpa etməyə çıxacaq. Belə ki, “Neftçi” daha çox – 17 dəfə qalib gəlib. Digər 11 qarşılaşma heç-heçə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdi. 58 qol vuran komanda 56 top buraxıb.

 

Baş tutan 44 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçusu Baqali Dabodu. O, paytaxt təmsilçisi ilə görüşlərdə 6 qol vurub. Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə rəqibi məyus edib.

 

5 dəfə ölkə kubokunda qarşılaşan “Qəbələ” və “Neftçi” Premyer Liqada 39 dəfə üz-üzə gəlib. Sabah keçiriləcək görüş çempionatda 40-cı duel olacaq. Əvvəlki 39 matçda bakılılar 16, qəbələlilər 15 dəfə qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 51, “ağ-qaralar” 50  qol vurub.

 

Ümumilikdə “Qəbələ” səfərdə 9 qələbə qazanıb, 7 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Rəqib meydanında 30 top vuran komandamız 27-ni buraxıb.

 

“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

 

2006/07 mövsümü

30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1

Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86

 

03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4

Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2

 

2007/08 mövsümü

26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87

 

02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3

Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)

 

2008/09 mövsümü

24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Oleq Gerasimyuk, 39

 

01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2009/10 mövsümü

21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Kristian Torres, 80

 

10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73

 

03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5

 

09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0

 

2010/11 mövsümü

15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2

Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76

 

21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2011/12 mövsümü

18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85

 

20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Aleksandr Çertoqanov, 39

 

11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66 

 

11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Amil Yunanov, 87

 

2012/13 mövsümü

18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0

Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56

 

03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1

Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32

 

21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15

 

14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1

Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13 

 

2013/14 mövsümü

04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56

 

15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)

 

09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.

 

02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90

 

22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3

Marat İzmaylov, 70 // Samir Məsimov, 52

 

2014/15 mövsümü

21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

 

29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3

Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87 

 

17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3

Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86

 

2015/16 mövsümü

17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Aleksey Antonov, 90 

 

13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Filyo Jairo Rodriges, 22 

 

05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Salas Quinta Antonio, 26 //  Rafael Santos, 52, Rəşad Eyubov, 90

 

27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5

 

01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2

Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 //  Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64 

 

04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1

Ermin Zets, 75 // Ruslan Qurbanov, 58

 

2016/17 mövsümü

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8

Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)

 

29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 

 

03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Daniel Subotiç, 77

 

14.03.2017. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:0

Namiq Ələsgərov, 40

 

2017/18 mövsümü

24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi (Bakı) – 2:1

Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48

 

19.11.2017. Premyer Liqa. Neftçi – Qəbələ – 2:3

Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

 

04.03.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2

Elvin Məmmədov, 34 // Mirabdulla Abbasov, 59; İqnasio Herrera, 73

 

12.04.2018. Azərbaycan kuboku. Qəbələ – Neftçi – 1:2

Stiven Monroz, 90+1 // Lukas Qomez, 29; Namiq Ələsgərov, 44 

 

18.04.2018. Azərbaycan kuboku. Neftçi – Qəbələ – 1:3

Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)

 

Mənbə: gabalafc.az