“Yuventus” Dibalanı satmağa hazırdı

“Yuventus” Dibalanı satmağa hazırdı
21-04-2018 / 15:37 FUTBOL
122

Son illər ulduz futbolçu transferləri ilə diqqət çəkən PSJ ənənəsinə sadiq qalmaq fikrindədi. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, parislilər “Yuventus”un aparıcı oyunçusu Paulo Dibalaya “elşi düşüb”.

 

Fransa klubunun rəsmiləri məsələ ilə bağlı argentinalı yarımmüdafiəçinin meneceri ilə artıq bir neçə dəfə görüşüb. Həmçinin “Yuve” də bu keçidə qarşı çıxmır. Lakin turinlilər transfer müqabilində 130 milyon avro avro tələb edirlər.

 

Qeyd edək ki, Paulo Dibala “Yuventus”a 2015-ci ildə “Palermo”dan keçib.