Klopp “Real”lını istəyir

Klopp “Real”lını istəyir
21-04-2018 / 17:03 FUTBOL
281

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda heyətdə görmək istədiyi futbolçuların siyahısını müəyyənləşdirməyə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis artıq bir oyunçunu “qaralayıb”.

 

Belə ki, o, rəhbərlikdən “Real”ın yarımmüdafiəçisi Daniel Sebalyosun alınmasını tələb edib. “Kral klubu”nda oyun praktikasından əziyyət çəkən 21 yaşlı orta sahə oyunçusunun da təklifə müsbət yanaşdığı deyilir. Ancaq klublar arasında hələlik rəsmi danışıqlara start verilməyib.

 

Qeyd edək ki, “Real” Daniel Sebalyosu ötən il “Betis”dən transfer edib.