Şəhriyar uduzdu, Teymur və Raufdan heç-heçə - YENİLƏNİB

Şəhriyar uduzdu, Teymur və Raufdan heç-heçə - YENİLƏNİB
22-04-2018 / 21:14 STOLÜSTÜ OYUNLAR
2668

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün turnirdə IV turun görüşləri keçirilib.

 

Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə bu turda ilk qələbə qazanan Topalov liderliyə yüksəlib. Bolqarıstanlı həmyerlimiz Şəhriyar Məmmədyarovdan güclü olub.

 

Azərbaycan şahmatçılarından ən çətin sınağa Teymur Rəcəbov çıxıb. O, dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib.

 

Ağ fiqurlarla oynayan Rauf Məmmədov isə Radoslav Voytaşeklə xalları yarı bölüb.

 

“Shamkir Chess 2018”

IV tur

22 aprel

 

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Maqnus Karlsen (Norveç, 2843) - 0.5:0.5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744) - 0.5:0.5

Sergey Karyakin (Rusiya, 2778) - David Navara (Çexiya, 2745) - 0.5:0.5

Veselin Topalov (Bolqarıstan, 2749) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 1:0

Aniş Giri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778) - 0.5:0.5

 

Turnir cədvəli: Topalov – 2.5 xal, Karlsen, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 2 xal, Məmmədyarov – 1.5 xal

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.