Milan “Qarabağ”a qarşı oynamayacaq

Milan “Qarabağ”a qarşı oynamayacaq
22-04-2018 / 00:14 FUTBOL
302

Topaz Premyer Liqasının XXIV turunun ilk oyun günü bir futbolçunun cəzalı duruma düşməsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, “Zirə” Milan Duriçin xidmətindən məhrum olub.

 

Buna səbəb legionerin “Keşlə” ilə səfər matçında (1:2) sarı vərəqə almasıdı. Bu, Duriçin mövsümdə 8-ci xəbərdarlığıdı.

 

Milan bu cəza üzündən XXV turun “Qarabağ”la görüşündə oynamayacaq. Həmin matç aprelin 27-də Zirədə baş tutacaq.