Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord
22-04-2018 / 00:34 FUTBOL
373

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, polşalı Bundesliqada eyni klubun heyətində ən çox qol vuran legioner adına yiyələnib.

 

O, belə uğura “Hannover”lə səfər matçındakı qolu ilə çatıb. Belə ki, 3:0 hesablı qələbəyə 1 topla töhfə verən Robert “Bavariya”nın heyətində Bundesliqadakı qol sayını 105-ə yüksəldib.

 

Levandovski bununla da perulu Klaudio Pizarronun rekordunu yeniləyib. Cənubi amerikalı “Verder”də 104 qol vurub.