Ayaz üçün bir hissə və 1 xal

Ayaz üçün bir hissə və 1 xal
22-04-2018 / 12:40 FUTBOL
217

Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Rubin”lə qarşılaşıb. Tərəflər görüşdən hərəyə bir xalla ayrılıblar – 1:1.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Ayaz fasilədən dərhal sonra – 46-cı dəqiqədə oyuna girib.

 

Qeyd edək ki, “Rostov” geridə qalan 27 oyundan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb.