“Kapitan çıxandan sonra oyun 180 dərəcə dəyişdi” – Fərid Cəlalov

“Kapitan çıxandan sonra oyun 180 dərəcə dəyişdi” – Fərid Cəlalov
22-04-2018 / 15:28 TOP OYUNLARI
163

“Yaxşı oyun keçdi. Bu görüşün belə ağır olacağı gözlənilən idi. Arenada tamaşaçı çox idi. Bu qədər azarkeşin qarşısında oynamağın təzyiqi böyükdür. İnsanların dəstəyi təsirsiz ötüşmür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lokomotiv”in baş məşqçisi Fərid Cəlalov deyib.

 

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsində “Sərhədçi” ilə qarşılaşan “dəmiryolçular” iki oyunda da qələbə qazanaraq çempion olublar.

 

Matçdan sonra federasiyanın feysbuk səhifəsinə açıqlama verən Cəlalov fikirlərini bölüşüb: “Bu qarşılaşma gözlədiyimdən daha ağır oldu. Aleksey Çervyakovun barmağı sındığı üçün oyunun gedişində toppaylayıcı kimi Abbas Cəfərinin xidmətindən istifadə etdik. Kapitanın meydançadan çıxmasından sonra oyun 180 dərəcə dəyişdi. Abbas meydançaya qızışmadan çıxmışdı, bədəni soyuq idi. Bu üzdən əvvəlcə özünü tam göstərə bilmədi. Ancaq 4-cü setdə çox yaxşı oynadı.

 

Deməzdim ki, Vüqar Bayramovla Rəsul İbrahimov arasında böyük problem oldu. Biz sadəcə, meydanda bir-birimizə rəqibik. Amma aramızda sağlam rəqabət gedir. Bir-birimizə düşmən deyilik. Bir aydan sonra hamımız yığmanın düşərgəsində toplaşacağıq. Bu anlaşılmazlıq millinin daxili ab-havasını korlaya bilməz.

 

Avqustda və gələn ilin yanvarında Yunanıstan, İsveç və Lüksemburqla seçmə oyunlara çıxacağıq. Buna kimi 3 ölkədə təlim-məşq toplanışı keçməyi planlaşdırırıq”.