“Alkorkon”dan heç-heçə, milli oyunçudan xəbər yoxdu

“Alkorkon”dan heç-heçə, milli oyunçudan xəbər yoxdu
22-04-2018 / 16:01 FUTBOL
116

İspaniya Sequndasında XXXVI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” da növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Görüş meydan 0:0 hesabı ilə başa çatıb.

 

Eddi bu oyunda iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, geridə qalan 36 oyundan sonra aktivində 43 xal olan “Alkorkon” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.