“Sumqayıt” – “Qarabağ” matçında izdiham - FOTOLAR

“Sumqayıt” – “Qarabağ” matçında izdiham - FOTOLAR
22-04-2018 / 18:47 FUTBOL
189

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində az sonra start götürəcək “Sumqayıt” – “Qarabağ” matçına maraq böyükdü. Apasport.az saytının Sumqayıta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tirbunalarda bütün oturacaqlar dolub.

 

Bundan əlavə, meydanı əhatə edən dəmir torların ətrafında da böyük kütlə toplaşıb. Qarşılaşmanı izləmək istəyib, izləyə bilməyən azarkeşlər isə stadiondan kənarda yığışıblar.

 

Qeyd edək ki, “Qarabağ” bu oyunda qələbə qazansa, sona 4 tur qalmış çempionluğu rəsmiləşdirəcək.