Qriqorçuk: Dindar adamdı, yalan danışmaz

Qriqorçuk: Dindar adamdı, yalan danışmaz
22-04-2018 / 21:39 FUTBOL
2272

“Düşünürəm ki, yaxşı oynadıq. Buna baxmayaraq, təəssüf ki, uduzduq. Futbolda belə hallar olur. Yaxşı hücumlar təşkil edirdik, oyunumuzda sürət var idi, qapımızda, demək olar ki, epizod yox idi. Ancaq olmayan cərimə zərbəsindən oyunun əvvəlində qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” 0:1 hesabı ilə məğlub olublar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən ukraynalı mütəxəssis sualları da cavablandırıb.

 

- Tez-tez hakimin qərarlarına etiraz edirdiz. Hakimin işini necə qiymətləndirirsiz?

- Mən də epizodun təkrarına baxmamışam, ancaq gördüym qədəriylə, cərimə zərbəsi yox idi. Nəticədə, hakim səhvindən oyunun əvvvəllərində qol buraxdıq. Bilirəm, hamı səhv edə bilər, ancaq bu qədər çox səhvdən sonra olmur. Adi bir səhv kimi qəbul edə bilmirik, çünki bizə qarşı bu, çox baş verir. Biz hər şeyi düşünməliyik. Ancaq nə qədər ola bilər? Sarı vərəqələrin sayı olandan iki-üç dəfə çox olmalı idi. Bizə qarşı dəfələrlə belə hallar olur. Ona görə də, etiraz yaranır. Sadəcə, deyirik ki, hər şeyə qarşı mübarizə aparın. Mirzəbəyov simulyasiya nəticəsində cərimə əldə elədi. Ancaq biz oyunçularımız deyirik ki, simulyasiya etməyin. Mirzəyevin özündən də soruşacam, dindar adamdı, yalan danışmaz.

 

- Oyunun böyük hissəsində çoxluqda olduz. Necə olur ki, ancaq hakimlikdən danışırsız?

- Bir-birinə aidiyyati yoxdu. Ümumi yaxşı oynadıq. Hər iki halda – həm azlıqda, həm çox olanda. “Qırmızı” verilməliydi. Bu, onun işidi. Ümumilikdə, hakimlik başqa mövzudu, oyun başqa. Çoxluqda olmağımıza baxmayaraq, komandamdan razıyam, çox yaxşı oynadıq.

 

- Ruslan Qurbanovun müdafiədə oynamağı nə ilə əlaqədardı və Bezotosnının yerində Aqil oynadı. Ondan razı qaldınız?

- Bezotosnının zədəli olduğuna görə, Məmmədovla oynadıq. Onu riskə ata bilməzdik. Ruslana gəlincə, 6-7 oyun olub ki cinah müdafiəçisi kimi oynayıb. Mənə görə, həm irəlidə, həm cinahda oynamağı bacarır.

 

- “Qarabağ çempionluğu rəsmiləşdirdi. Qalan oyunlara köklənmək problem olmayacaq?

- Belə də bilirdik ki, çempion olacaqlar. Onları təbrik edirik. İrəlidə 4 oyun var. Hələ ki, yer tutmamışıq, necə motivasiya əskikliyi ola bilər? Heç nə bəlli deyil. Bizim üçün kubok və digər oyunlar vacibdi. Hər oyuna köklənməliyik. Bu gün də elə bir şey yox idi. Hamı olduqca ciddi yanaşırdı.