“Kiməsə yalvarası deyiləm” – Tərlan Əhmədov

“Kiməsə yalvarası deyiləm” – Tərlan Əhmədov
22-04-2018 / 21:49 FUTBOL
2119

“İki komandanın ifasında məzmunlu oyun izlədik. Azlıqda qalmağımıza baxmayaraq, sonda lazım olan nəticəni qazandıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXIV turunda doğma meydanda “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar” 1:0 hesablı qələbə qazanıb.

 

Oyundan sonra mətbuat konfransı keçirən Əhmədov sualları da cavablandırıb.

 

- Kubok yarimfinaldan sonra istefayla bağlı ifadələr işlətdiniz. Siz gələndə klubda vəziyyət çətin idi, indi isə tamamilə fərqli, bununla belə istefa barədə danışırdız...

- O oyun taktiki tərəfdən mənim səhvim idi. İlk dəfə müdafiədən oyun qurmaq istədim. Heyəti müdafiədən oynamaq üçün dəyişmişdim, bunun da qarşılığını ödədim. Komandaya gələndə, bir xal var idi, bir top vurmuşduq. O zaman qabağıma Avroliqa tələbi qoyulmamışdı. Zamanla daha baxımlı oynamağa başladıq, hamı ilə başa-baş çıxış etdik. Qabağıma Avroliqa məqsəd qoyulsaydı, başqa strategiya seçərdim. Mən mərd danışan insanam. Mayda müqavilə bitir. Qala da bilərəm, gedə də, hətta günü bu gün istefa da verə bilərəm. Mərd insanam, həmişə də mərd sözlərimlə gündəmdə olmuşam. Qorxub çəkinən biri deyiləm. İşim göz qabağındadı. Kiməsə də yalvarası deyiləm ki, müqaviləmi artırın. Gördüyüm işə görə dəyər veriləcək. Mənim də şərtlərim olacaq. Nə olacağına dair indilik nə mən, nə klub qərar verib.

 

- Birdən Avroliqaya gedə bilmədiz, siz də ayrıldız, “Neftçi”nin əziyyətinə heyfiniz gəlməz?

- Elə şeylər var bizdən asılı deyil. Ancaq nə qərar olacaqsa, onunla barışmalı olacağıq.

 

- Qriqorçuk dedi ki, komandam daha yaxşı idi, sadəcə səhv qərar və nəticədə, cərimə zərbəsindən qol buraxdıq. Bu barədə nə deyə bilərsiz?

- Onun subyektiv fikridi. Onda mən də deyim ki, komandama hər mübarizədə sarı verdilər. Ancaq bu barədə heç nə demirəm. Qoldan sonrakı dəqiqələrdə rəqib heç nə ilə yadda qalmırsa, hakimlikdən nə danışmaq olar ki? Başa-başa mübarizə apardıq, azlıqdan qalandan sonra əlbəttə rəqib üstələdi bizi. Nəticə varsa, kimisə günahlandrmaq olmaz.

 

- Abışovun kubokdakı səhvini bu gün yuduğunu deyə bilərik?

- Futbolçunu səhvinə görə günahlandırmaq olmaz. Bizim işimiz səhvlər üzərində qurulub. Meydanda hərəkət edən hər futbolçunun səhv etmək ehtimalı çoxdu. O, Ruslanın yox, başda mənim taktiki səhvim idi. Sırf bir futbolçuya görə danışmaq olmaz. Ruslan buna qədər dəfələrlə qolları ilə bizi xilas edib.

 

- Bu gün “Forza Neftçi yox idi, onları axtaracaqsınızmı?

- Gəlməsələr belə, təşəkkür edirəm. Xoş gün başqa, amma ağır gündə də dəstəyə ehtiyacımız var. İnciyiblərsə də, çalışacağıq ki, oyunumuzla onların sevgisini yenidən qazanaq.