UEFA kubokunun son qalibi müəyyənləşdi

UEFA kubokunun son qalibi müəyyənləşdi
23-04-2018 / 10:00 FUTBOL
203

Futzal üzrə UEFA kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniyanın Saraqosa şəhərində keçirilən “Dördlər finalı”nın həlledici matçında yerli “İnter” və Portuqaliya “Sportinq”i üz-üzə gəlib.

 

Rəqibini 5:2 hesabı ilə məğlub edən İspaniya çempionu beşinci dəfə hamıdan güclü olub. “İnter” həm də yarışın tarixinə UEFA kubokunun son qalibi kimi düşüb. Belə ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu yarış növbəti mövsümdən Çempionlar Liqası adını daşıyacaq. 3-cü yer uğrunda matçda “Barselona” Macarıstan “Qyor”unu böyük hesabla məğlub edib - 7:1. 

 

Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edən “Araz” mübarizəni əsas raundda dayandırmışdı.