“Qarabağ” ilk dəfə I təsnifatda: 5-ci cəhddə 8 rəqib

“Qarabağ” ilk dəfə I təsnifatda: 5-ci cəhddə 8 rəqib
23-04-2018 / 10:35 FUTBOL
2175

“Qarabağ” Topaz Premyer Liqasının sonuna 4 tur qalmış Azərbaycan çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə, 6-cı dəfə ölkənin ən yaxşısı olan Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına vəsiqə əldə edib.

 

5-ci dəfə bu yarışda oynayacaq Qurban Qurbanovun yetirmələri bu dəfə Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq. Format dəyişikliyi üzündən həmişəki kimi II deyil, ilk raunddan yarışa başlayacaq komandamız 34 iştirakçıdan biri olacaq.

 

I təsnifat mərhələsində oynayacaq klublardan biri ilkin mərhələnin qalibi olacaqsa, 33 komanda yarışa bu raunddan başlayacaq. “Qarabağ” bu “33-lük”də iştirakı dəqiqləşən 18-ci komandadı.

 

Belə ki, “Qarabağ”a qədər Avropanın orta və aşağı reytinqli ölkələrindən 17-də qalib bunadək müəyyənləşmişdi. I təsnifat mərhələsinin iştirakçıları həmişə olduğu kimi yenə klubun reytinqinə görə səbətlərə bölünəcək.

 

Hesabında 20,500 xal olan “Qarabağ” indidən səpələnmişlər sırasında yerini təmin edən 8 komandadan biridi. Bu 8 iştirakçıdan başqa daha iki ölkənin çempionun güclülər sırasında yer alacağı dəqiqdi. Qurbanovun yetirmələri bu siyahıya ən yüksək reytinqlilərdən biri kimi düşüb. Azərbaycan çempionu hazırda mərhələnin 3-cüsüdü.

 

“Qarabağ”ın səpələnmiş olması o deməkdi ki, ilk rəqib nisbətən zəif olacaq. Səpələnməmiş 17 komandadan da 8-i dəqiqləşib. Daha iki ölkədə çempionun bu səbətə düşəcəyi məlumdu. Bu “onluq”dan biri – Ermənistan çempionu UEFA qaydalarına əsasən “Qarabağ”a rəqib ola bilməz. Digər 8 komanda, həmçinin Şimali İrlandiyanın çempionu isə “Qarabağ”ın mümkün rəqibidi. Ümumilikdə isə səpələnməmiş 17 klubdan 16-sı çempionumuza potensial rəqib olacaq.

 

Çempionluğu dəqiqləşən iki iştirakçının hansı səbətdə yer alacağı isə bəlli deyil. Bu da çempionu bilinməyən ölkələrdə qızılı kimin qazanmasından asılıdı.

 

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Astana” (Qazaxıstan)

BATE (Belarus)

“Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)

“Malmö” (İsveç)

“Rusenborq” (Norveç)

HİK (Finlandiya)

TNS (Uels)

Kipr çempionu

Danimarka çempionu

 

Səpələnməmişlər

“Vikinqur” (Farer adaları)

“Sutyeska” (Monteneqro)

“Suduva” (Litva)

“Kork Siti” (İrlandiya)

“Spartak” (Latviya)

“Valyur” (İslandiya)

“Flora” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

Ermənistan çempionu

Şimali İrlandiya çempionu

 

Qeyri-müəyyənıər

“Şkendiya” (Makedoniya)

“Valletta” (Malta)

İsrail çempionu

Polşa çempionu

Bolqarıstan çempionu

Serbiya çempionu

Şotlandiya çempionu

Bosniya və Herseqovina çempionu

Xorvatiya çempionu

Macarıstan çempionu

Slovakiya çempionu

Albaniya çempionu

Lüksemburq çempionu

İlkin mərhələnin qalibi