156 günlük seriya qırıldı

156 günlük seriya qırıldı
23-04-2018 / 10:36 FUTBOL
108

"Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib.

 

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

 

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidi. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.