Avropa birinciliyində 1/4 final mərhələsi başa çatdı

Avropa birinciliyində 1/4 final mərhələsi başa çatdı
23-04-2018 / 11:19 DÖYÜŞ NÖVLƏRİ
111

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 idmançısı növbəti döyüşünə çıxıb. Onlar yarımfinala gedən yolda mübarizəni dayandırıblar.

 

1/4 final çərçivəsində keçirilən döyüşlərdə Maqsud Xasmetovla (49 kq) İsmayıl Yaqubov (91 kq) rusiyalı, Səbuhi Abışov (64 kq) danimarkalı boksçuya məğlub olub.

 

Beləliklə, 1/4 final qarşılaşmaları başa çatdığından, birinciliyin yarımfinalçıların adları müəyyənləşib. Bu mərhələdə ölkəmizin 2 boksçusu mübarizə aparacaq. Nurlan Səfərov (60 kq) hollandiyalı van Peer Casla, Nicat Həsənov (69 kq) şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq. 

 

Qeyd edək ki, yarışda bu gün istirahət günüdü. Yarımfinal döyüşləri sabah, final qarşılaşmaları aprelin 25-də olacaq.