“Mən olmasam belə, məğlubiyyətlər olacaq” - Venger

“Mən olmasam belə, məğlubiyyətlər olacaq” - Venger
23-04-2018 / 11:39 FUTBOL
1450

“Arsenal”ın baş məşqçisi Arsen Venger mövsüm sonunda tutduğu postdan ayrılacaq. Apasport.az-ın məlumatına görə, fransız mütəxəssis “Vest Hem”lə görüşdən sonra keçirdiyi mətbuat konfransında ayrılıq səbəblərinə aydınlıq gətirməyə çalışıb.

 

Venger yerli azarkeşlərin klubun imicini ləkələməsinin onun üçün qəbuledilməz olduğunu deyib: “Kluba dünyada daha çox hörmət olunur, nəinki İngiltərədə. Fanatlar mənim istədiyim formada birlik imici yarada bilmədilər. Bu, incidicidi, çünki bizim dünyaya çatdırmalı olduğumuz mesaj belə olmamalıdı. Klubun imici mənim üçün həyati əhəmiyyət daşıyır. İdmanın sadəcə qələbə və məğlubiyyətdən ibarət olub-olmadığı üzərinə saatlarla danışa bilərik, ancaq azarkeşlər bunu dərk etməlidilər ki, mən burda olmasam belə, məğlubiyyətlər olacaq. Qələbə qazanmaqdan, uduzmaqdan daha önəmli şeylər də var. Məsələn, klubun dünyada necə qəbul olunması, Afrikada, Çində və Amerikada oynayan uşaqlar üçün önəmi, futbol oynamaq istəyən uşaqların xəyallarına vasitəçi olmaq və s.”

 

68 yaşlı çalışdırıcı klubun kimliyinin onun üçün ayrılıq qərarından daha önəmli məsələ olduğunu xüsusi vurğulayıb.

 

“İncik deyiləm və mənasız başlıqlara mövzu olmaq istəmirəm. Sadəcə, şəxsiyyətimin klubun kimliyi ilə bağlantılı olduğunu düşünürəm və bu, mənim qalmağımdan daha önəmli məsələdi. Demək istədiklərim bundan ibarətdi. Azarkeşlər xoşbəxt deyillər və mən bunu başa düşürəm. Bu, mənim işimdi. Belə şeyləri olduğu kimi qəbul etməli və onlarla yaşamalıyam” – deyə, Venger əlavə edib.

 

Qeyd edək ki, 1996-cı ildən bəri “Arsenal”ın başında olan Arsen Venger bu müddət ərzində 3 dəfə İngiltərə Premyer Liqasının, 7 dəfə Federasiya kubokunun, 7 dəfə isə İngiltərə Superkubokunun qalibi olub.