Arda Turan Çin klubuna satılır

Arda Turan Çin klubuna satılır
23-04-2018 / 21:12 FUTBOL
329

“Barselona” türkiyəli futbolçu Arda Turanı satmağa hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisi ulduz futbolçu üçün Çin klubları ilə danışıq aparır.

 

Qış fasiləsində “Başakşəhər”ə 2,5 illik icarəyə verilən Türkiyə millisinin üzvü yayda başqa komandaya satılacaq. Belə ki, Türkiyə klubu ilə anlaşmada yer alan bəndə əsasən, “Barselona” oyunçunu istənilən vaxt, istədiyi kluba sata bilər. Məlumatda çinlilərin bu keçid üçün 10-15 milyon avroluq təklif göndərdikləri bildirilir. İspanlar bu təkliflərdən birinə müsbət cavab vermək niyyətindədi.

 

Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçib.