Klublarımızı Avropa Liqasında gözləyənlər

Klublarımızı Avropa Liqasında gözləyənlər
24-04-2018 / 13:13 FUTBOL
3158

Avropa Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsində iştirak edəcək 32 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının da mübarizə aparacağı raundda ümumilikdə 86 iştirakçı yarışa qatılacaq və ilkin mərhələnin 8 qalibinə qoşulacaq.

 

Artıq I təsnifat mərhələsində iştirakı bilinən 32 komanda 13 ölkəni təmsil edir. Hələlik iştirakçılar səbətlərə bölünmədiyindən və Azərbaycan təmsilçilərinin səpələnib-səpələnmədiyi bilinmədiyindən bu 32 komandanın hər biri potensial rəqib hesab olunmalıdı.

 

Lakin onlardan 4-ü bu siyahıdan çıxa da bilər. Belə ki, Belarusda “Şaxtyor”la “Dinamo”, İsveçdə AİK ölkə kubokunun nəticələrini gözləyir. Onlar Avropa Liqasına II təsnifat mərhələsindən başlamaq üçün mövsümü titulla başa vurmalıdı. Malta “Baltsan”ı isə əksinə, ilkin mərhələdən mübarizəyə qoşulmaq təhlükəsi ilə üz-üzədi.

 

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanı təmsil etməyə 5 namizəd var. Bunlar “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə”di.

 

Avropa Liqasının I təsnifat mərhələsinin iştirakçıları

“Dinamo”, “Şaxtyor” (hər ikisi Belarus), AİK, “Yurqoden”, “Heken” (hamısı İsveç), “Lillestryom”, “Molde”, “Sarpsborq” (hamısı Norveç), “Kayrat”, “Ordabası”, “İrtış” (hamısı Qazaxıstan), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Vestmannaeyar”, “Styarnan”, “Hafnarfyordur” (hamısı İslandiya), “KuPS”, “İlves”, “Lahti” (hamısı Finlandiya), “Dandalk”, “Şemrok Rovers”, “Derri” (hamısı İrlandiya), “Çixura”, “Dinamo” T, “Samtredia” (hamısı Gürcüstan), “Liepaya”, “Riqa”, “Ventspils” (hamısı Latviya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Stimbras”, “Jalgiris” (hər ikisi Litva), “Baltsan” (Malta)