Alleqri getsə... – “Yuventus”un planı

Alleqri getsə... – “Yuventus”un planı
24-04-2018 / 15:14 FUTBOL
246

“Spartak”ın baş məşqçisi Massimo Karrera “Yuventus”u çalışdıra bilər. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, Massimiliano Alleqri komandanı tərk edəcəyi halda, baş məşqçi postuna Karrera təyin olunacaq.

 

“Çelsi”nin baş məşqçisi Antonio Kontenin meneceri vasitəsilə xidmətini “Yuventus”a təklif etdiyi, lakin “qoca sinyora”nın sabiq məşqçi ilə yenidən əməkdaşlığa “isti” yanaşmadığı bildirilir.

 

Qeyd edək ki, Karrera 1991-1996-cı illər aralığında “Yuventus”da forma geyib. Daha sonra Turin klubunun texniki heyətində yer alan Massimo Antonio Kontenin köməkçisi idi.