“Real”la oyun öncəsi “Bavariya”da itki

“Real”la oyun öncəsi “Bavariya”da itki
24-04-2018 / 17:28 FUTBOL
421

“Bavariya”nın müdafiəçisi David Alaba Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Real”la oynanılacaq matç öncəsi keçirilən məşqdə iştirak etməyib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, avstriyalı futbolçunun Münhendə keçiriləcək görüşdə meydana çıxması gözlənilmir.

 

“Bavariya”nın baş məşqçisi Yupp Haynkesin sözügedən oyunda müdafiənin solunda Rafinyanın xidmətindən istifadə etmək istədiyi bildirilir.

 

Qeyd edək ki, “Bavariya” – “Real” matçı sabah oynanılacaq.