“Nə qədər ki, kapitanam, belə şey ola bilməz” – Buffon

“Nə qədər ki, kapitanam, belə şey ola bilməz” – Buffon
24-04-2018 / 20:23 FUTBOL
237

Canluici Buffon “Napoli” ilə oyundan sonra “Yuventus”un paltardəyişmə otağında futbolçular arasında baş vermiş konfliktlə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, əfsanəvi qapıçı bu xəbərləri qətiyyətlə təkzib edib.

 

İtaliya mətbuatında yer alan məlumatlarda sözügedən oyundan sonra komanda yoldaşları ilə Mehdi Benatia arasında konflikt olması xəbərlərinə Buffon belə reaksiya verib: “Komanda məğlub olduqdan sonra bu kimi xəbərlər çox yayılır. Mən 17 ildir “Yuventus”dayam və bu müddətdə kimsənin komanda yoldaşını məğlubiyyətdə günahlandırdığının şahidi olmamışam. Nə qədər ki, mən bu komandanın kapitanıyam, belə şey ola bilməz”.

 

Qeyd edək ki, həmin oyunda “Yuventus” son dəqiqədə Kulibalinin qolu ilə “Napoli”yə məğlub olmuşdu.