“Roma” “Liverpul”la oyuna bu formalarla çıxacaq - FOTO

“Roma” “Liverpul”la oyuna bu formalarla çıxacaq - FOTO
24-04-2018 / 22:14 FUTBOL
303

Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”la qarşılaşacaq “Roma” ilk matça yeniliklə çıxacaq. Apasport.az saytının məlumatına görə, italiyalıların formasında titul reklamı olacaq.

 

Maraqlıdır ki, 5 ildir “Roma” heç bir reklamdan istifadə etmirdi. Bu mövsüm isə İtaliya A seriyasında oyun formasında heç bir əlavə yazı olmayan iki klubdan biri olan paytaxt təmsilçisi nəhayət yeni sponsorla anlaşıb.

 

Bu matçdan etibarən “Roma” sinəsində “Qatar Airways”in reklamı ilə oynayacaq.

 

Qeyd edək ki, 90 illik tarixində “canavarlar”ın sadəcə 7 forma reklamı olub.