Təkcə “Qarabağ”

Təkcə “Qarabağ”
25-04-2018 / 01:38 FUTBOL
2152

Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”la qarşılaşan və ilk oyunda səfərdə 2:5 hesabı ilə uduzan “Roma” maraqlı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, “canavarlar” mövsümboyu qrup mərhələsi də daxil olmaqla keçirdiyi bütün səfər oyunlarının sadəcə birində qələbə sevinci yaşa biliblər.

 

Belə ki, ötən ilin sentyabr ayının 27-də Bakıda “Qarabağ”la üz-üzə gələn İtaliya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

 

Bu matçdan sonra qrupda “Çelsi” (3:3) və “Atletiko” (0:2), 1/8 finalda “Şaxtyor” (1:2), 1/4 finalda isə “Barselona” (1:4) ilə üz-üzə gələn “Roma” rəqib meydanında qələbə üzünə həsrət qalıb.

 

Final matçının neytral meydanda keçiriləcəyini nəzərə alsaq, İtaliya təmsilçisinin finala çıxacağı halda belə, sadəcə bir səfər qələbəsi olacaq.