"Azərbaycandan təklif almışam" - İvan Samorano

25-04-2018 / 10:06 FUTBOL
2336

Çilinin əfsanəvi futbolçusu İvan Samorano maraqlı açıqlama ilə yadda qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis Azərbaycandan təklif aldığını söyləyib.

 

O, təkliflərə baxmayaraq, hələlik məşqçi kimi çalışmaq istəmədiyini əlavə edib: “Cəmiyyətdə belə bir fikir yaranıb ki, sanki mən “Kolo-Kolo”nun idman direktoruyam. Düzü, Çin və Azərbaycandan baş məşqçilik təklifi almışdım. Lakin ABŞ telekanalında şərhçi kimi çalışmaq mənə daha maraqlı gəlir. Bunu özüm üçün unikal təcrübə hesab edirəm. Ancaq nə vaxtsa Çilidən təklif olsa, ilk növbədə ailəm üçün bunu dəyərləndirərəm. Gələcəkdə “Kolo-Kolo”nun baş məşqçisi ola bilərəm”.

 

Qeyd edək ki, İvan Samorano futbolçu karyerası ərzində “Kobresal”, “Kobreandino”, “Sent-Qallen”, “Sevilya”, “Real”, “İnter”, “Amerika” və “Kolo-Kolo” klublarının formasını geyinib. O, 1987-2001-ci illərdə Çili yığmasının heyətində 69 oyun keçirib, 34 qola imza atıb.