23 ildən sonra

23 ildən sonra
25-04-2018 / 10:17 FUTBOL
159

İngiltərənin “Liverpul” klubu Çempionlar Liqasının tarixinə yarımfinalda 5 qol vuran 2-ci komanda kimi düşüb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya “Roma”sı ilə ev matçında 5:2 hesabı ilə qalib gəlib.

 

Bunadək yalnız bir dəfə hər hansı komanda finalın bir addımlığında belə məhsuldarlıq nümayiş etdirib. 23 il əvvəl Hollandiya “Ayaks”ı yarımfinalada belə coşub.

 

Maraqlıdı ki, amsterdamlılar da 5:2 hesablı qələbə qazanıb. “Ayaks”ın qurbanı “Bavariya” olub.