“ShamkirChess 2018”: Yeniyetmələr üçün seans - FOTOSESSİYA

“ShamkirChess 2018”: Yeniyetmələr üçün seans - FOTOSESSİYA
25-04-2018 / 10:30 STOLÜSTÜ OYUNLAR
120

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçirib. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov iştirak ediblər.

 

Onlarla yanaşı, dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara yeniyetmə zəka sahiblərimizə seans keçiblər.