Avroliqa: “Fənərbaxça” uduzdu, “Jalgiris” seriyada öndə - VİDEO

Avroliqa: “Fənərbaxça” uduzdu, “Jalgiris” seriyada öndə - VİDEO
25-04-2018 / 10:41 TOP OYUNLARI
167

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsinin ilk turu davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

“Jalgiris” doğma meydanda “Olimpiakos”u məğlub edərək, seriyada önə keçib. Son çempion “Fənərbaxça” isə səfərdə “Baskoniya” ilə bacarmayıb.

 

Avroliqa

Pley-off

 

“Jalgiris” (Litva) – “Olimpiakos” (Yunanıstan) – 80:60

Seriyada hesab: 2-1 (“Jalqiris”)

 

“Baskoniya” (İspaniya) – “Fənərbaxça” (Türkiyə) – 88:83

Seriyada hesab: 2-1 (“Fənərbağça”)

 

Üç qələbə qazanan komandalar Serbiyanın paytaxtı Belqradda keçiriləcək “Dördlər finalı”na vəsiqə əldə edəcəklər.