Türkiyədə çempionluğun taleyi son oyuna qaldı

Türkiyədə çempionluğun taleyi son oyuna qaldı
25-04-2018 / 10:57 TOP OYUNLARI
374

Qadın voleybolçuların Türkiyə Liqasında final seriyasının dördüncü qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, “Əczacıbaşı” “Burfan Fələk” salonunda oynanılan görüşdə “Vakıfbank”ı qəbul edib.

 

Səfərdə rəqibini 25:13, 25:16, 25:23 hesabları ilə bitən üç set sonunda məğlub edən “Vakıfbank” seriyaya tarazlıq gətirib: 2:2.

 

Türkiyə Vestel Venus Liqası

Pley-off, final, 4-cü oyun

 

“Əczacıbaşı” – “Vakıfbank” – 0:3 (13:25, 16:25, 23:25)

Seriyada hesab: 2-2

 

Final seriyasının çempionu müəyyənləşdirəcək beşinci-sonuncu görüşü aprelin 26-da “Burhan Fələk” adına voleybol salonunda oynanılacaq.