"Qızıl top" Salaha verilsin"

25-04-2018 / 11:40 FUTBOL
369

“İnter”in yarımmüdafiəçisi İvan Perişiç “Qızıl top”un Məhəmməd Salaha verilməsini təklif edib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu “Liverpul” – “Roma” (5:2) oyunundan sonra şəxsi instaqram hesabında maraqlı paylaşım edib.

 

“Stories”də “Qızıl top”un şəklini izləyiciləri ilə bölüşən Perişiç mükafatın üzərində Məhəmməd Salahın adını işarələyib.

 

Xatırladaq ki, “Roma” ilə oyunda Məhəmməd Salah 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.