“Keşlə”yə 2 oyunda texniki məğlubiyyə verildi

“Keşlə”yə 2 oyunda texniki məğlubiyyə verildi
25-04-2018 / 13:28 FUTBOL
446

AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında diskvalifikasiyalarla yanaşı, texniki məğlubiyyətlər də verib. Apasport.az saytının məlumatına görə, 4 komanda müxtəlif səbəbdən 0:3 hesablı yenilgiyə məruz qalıb.

 

Regional Liqanın “Kürmük” – “Oğuz” matçının 63-cü dəqiqəsində “Oğuz” meydanı özbaşına tərk etdiyindən texniki məğlubiyyətlə barışmalı olub.

 

Yüksək Qızlar Liqasının "Sumqayıt" – "Baku City" görüşündə "Baku City", "Qubek" (Balakən) – "Keşlə" qarşılaşmasında isə "Keşlə" iştirak etmədiyindən, eyni cəzaya məruz qalıb. Bundan əlavə, Yüksək Qızlar Liqasının "Keşlə" – "Veqa" oyununda birincilərin heyətində yaş limitinin pozulmasına görə, kluba daha bir texniki məğlubiyyət verilib.