“İstanbul Cup”: Radvanska ilk turda dayandı

“İstanbul Cup”: Radvanska ilk turda dayandı
25-04-2018 / 17:22 DİGƏR NÖVLƏR
90

Qadın tennisçilər arasında keçirilən “İstanbul Cup” turniri davam edir. Apasport.az saytının məlumatına görə, 3 nömrəli favorit Aqneşka Radvanska ilk turda mübarizəni dayandırıb.

 

Radvanska birinci turda Donna Vekiçlə qarşılaşıb. İlk setdə 1:6 hesabı ilə məğlub olan polşalı raketka ustası ikinci setdə 0:2 geri düşdükdən sonra belindəki zədəni səbəb göstərərək, oyundan imtina edib. Nəticədə Donna Vekiç ikinci tura vəsiqə qazanıb.

 

Qeyd edək ki, Aqneşka Radvanska 2008-ci ildə “İstanbul Cup”da çempionluq sevinci yaşamışdı.