FİFA-dan “Qarabağ”a təbrik

FİFA-dan “Qarabağ”a təbrik
25-04-2018 / 17:45 FUTBOL
193

“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu dəfə FİFA Ağdam klubunu təbrik edib.

 

Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqasının 2017/2018 mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.